Modern.az

Tovuzda fişəng atmaq istəyən şəxs barmağını itirdi

Tovuzda fişəng atmaq istəyən şəxs barmağını itirdi

1 Yanvar 2016, 12:15

Tovuz sakini fişəng atmaq istəyərkən xəsarət alıb.  Hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.

Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!