Nardaran hadisələri zamanı saxlanılan şəxslərdən 8 nəfəri azadlığa buraxılıb. Modern.az saytı xəbər verir ki, bu barədə mətbuata kənd ağsaqqalı Natiq Kərimov məlumat verib.
N.Kərimovun sözlərinə görə, həmin şəxslər qəsəbədə noyabrın 26-da xüsusi xidmət orqanlarının radikal islamçıların neytrallaşdırılması ilə bağlı keçirdikləri əməliyyat zamanı saxlanılıblar. Sonradan onlara 30 sutkalıq inzibati həbs cəzası verilib.
Modern.az