Modern.az

Fuad Muradovdan maraqlı Yeni il statusu

Fuad Muradovdan maraqlı Yeni il statusu

2 Yanvar 2016, 10:38

"Bayram günü hər kəs evində, ailəsi ilə birgə olmaq istəyir. Lakin bir çoxları, o cümlədən polis bizlərin təhlükəsizliyi və rahatlığı üçün çalışır." 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov öz Facebook səhifəsində yazıb.  

"Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə Dənizkənarı parkda təşkil edilən bayram şənliklərinə qatıldım. İnsanların üzündə sevinc, təbəssüm və şən əhval ruhiyyə var idi. Təşkilatçılıq da yüksək səviyyədə idi. Bütün aidiyyatı dövlət qurumlarının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Xüsusilə bizim aşayiş keşikçiləri olan polisə təşəkkürümü bildirirəm. 31 dekabr gecə saatlarında onlarla görüşdüm və söhbət etdim. Bayram günü hər kəs evində, ailəsi ilə birgə olmaq istəyir. Lakin bir çoxları, o cümlədən polis bizlərin təhlükəsizliyi və rahatlığı üçün çalışır. Məncə bu ən gözəl insanlıq nümunəsidir. Əziz dostlar! Bir daha sizi bayramlar münasibəti ilə təbrik edir və Azərbaycanımız üçün 2016-cı ilin sülh, sabitlik, firavanlıq və ən əsası ərazi bütövlüyünün bərpa edilməsi ili olmasını arzulayıram."

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!