Modern.az

Azərbaycana 1 metrdən artıq qar yağdı

Azərbaycana 1 metrdən artıq qar yağdı

Təhsil

2 Yanvar 2016, 11:03


Azərbaycanın şimal-qərb bölgəsinə dekabrın 31-dən başlayaraq yağmağa başlayan qar hazırda da davam edir.

Apa-nın yerli bürosunun xəbərinə görə, Balakən, Qax, Zaqatala rayonlarının düzənlik ərazilərində qarın qalınlığı 80, dağlıq yaşayış məntəqələrində isə 1 metrdən çoxdur.

Nəticədə bölgənin əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Yollar qarla örtülüb, magistral yollarda hərəkət dayanıb.

Rayon icra hakimiyyətlərindən bildirilib ki, hazırda magistral yollarda təmizlənmə işlərinə başlanıb, gün ərzində işlər davam etdiriləcək.

Elektrik enerjisi verilişinin günün sonuna kimi bərpa olunacağı açıqlanıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?