Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışıb.
Bu haqda Modern.az saytına Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Qeyd olunub ki, 31 dekabr 2015 və 1 yanvar 2016-ci il tarixlərdə Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayı adi günlərdə qeydə alınan orta rəqəmlərdən təxminən 8 faiz çox olub.“Bayram günlərində tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən yük əsasən təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı xeyli artıb. Çağırışların əksəriyyəti böyüklərdə ürək-damar xəstəlikləri, arterial təzyiqlə bağlı olub.
Modern.az