Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yanvarın 1-də isə respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
Gülşən RAUFQIZI