Həbsdə olan Tofiq Yaqublu bütün azərbaycanlıları bayram münasibətilə təbrik edib. Modern.az saytı xəbər verir ki, bu haqda onun qızı Nigar Yaqublu məlumat verib.
O, atası ilə telefon vasitəsilə danışdığını və hər kəsin bayramını təbrik etdiyini bildirib. N.Yaqublu məhbusların saxlanma şəraitindən şikayətlənib: “Bu şaxtalı qış günüdə 13 saylı Cəzaçəkmə Müəssisəsində nə işıq, nə də normal qaz var. Adam bu soyuqda bir dəqiqə qala bilmədiyi halda, məhbuslar çöldə, soyuq otaqlarda saxlanılır. Onlar yenə xəstələnsə, cəfasını biz çəkəcəyik, həbsxana rəhbərliyi yox”.2013-cü ilin fevral ayında tutulan Tofiq Yaqublu həmin il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə 5 il azadlıqdan məhrum edilib. Tofiq Yaqublu Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Gülşən RAUFQIZI