Modern.az

Səudiyyə Ərəbistanında 47 nəfər edam edildi

Səudiyyə Ərəbistanında 47 nəfər edam edildi

2 Yanvar 2016, 16:24


Səudiyyə Ərəbistanında terrorçuluqda təqsirləndirilərək barələrində ölüm hökmü çıxarılan 47 nəfər edam edilib. Modern.az bildirir ki, bu haqda “Associated Press” agentliyi krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Edam edilənlərin əksəriyyəti “Əl-Qaidə” terror təşkilatının 2003-2006-cı illərdə Səudiyyə Ərəbistanında həyata keçirdiyi silsilə terror aktları törətməkdə ittiham olunublar.

Edam edilənlərin 45 nəfəri Səudiyyə Ərəbistanı, biri Çad, biri isə Misir vətəndaşı olub.  Bundan əlavə, bildirilir ki, edam edilənlər arasında İranın şiə məzhəbli vaiz Nimr-an Nimr də var.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?