Modern.az

Ərdoğan jurnalistin məzarı başında Quran oxudu

Ərdoğan jurnalistin məzarı başında Quran oxudu

2 Yanvar 2016, 16:30


Türkiyə Cumhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğan  torpağa tapşırılan jurnalist, yazar Həsən Qaraqayanın məzarı başında Quran oxuyub. Modern.az türk mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında olarkən ürək infarktından dünyasını dəyişən jurnalistin cənazə namazına Türkiyənin dövlət başçısı və baş naziri də qoşulub.

Həsən Qaraqaya Türkiyənin məşhur şairi, “İstiqlal marşı”nın müəllifi Məhmət Akif Ərsoyun məzarının yanında dəfn edilib. Sonra Ərdoğan Quranın “Əl-Bəqərə” surəsindən bir neçə ayəni mərhumun ruhuna ithaf olaraq mikrafonla oxuyub.

Elmin NURİ  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?