Amerikalı siyasətçi və prezidentliyə namizəd Hillari Klinton senator Con Makkeynlə mərc gəlib araq içməsindən danışıb. Modern.az xarici mediaya istinadən bildirir ki, ABŞ-ın keçmiş birinci ledisinin bu etirafı onun rəsmi Tvitter səhifəsində çap olunub.
Klinton etiraf edir ki, əvvəllər bu cür yarışlarda bir neçə dəfə iştirak etsə də, ancaq Makkeynlə baş verən situasiya onun yaddaşında daha çox qalıb.“Ən məşhur hadisə senator Con Makkeynlə olub. Bu, ABŞ Konresinin nümayəndə heyətinin tərkibində olanda baş verib. O, mənə bir çağırış kimi səsləndi. Bizim aramızda siyasi fikir ayrılığı olsa da, stol arxasında oturub araq içməyə başladıq”, - Hillari Klinton deyib.
Siyasətçinin sözlərinə görə, yarış tərəflər onu başa vurmağı təklif edənədək çəkib. Jurnalistin “kim qalib olub” sualına Klinton belə cavab verib: “Hesab edirəm ki, bərabər olub”.
Modern.az