Modern.az

Ərdoğanın ABŞ-a gedəcəyi tarix AÇIQLANDI

Ərdoğanın ABŞ-a gedəcəyi tarix AÇIQLANDI

2 Yanvar 2016, 16:53


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, bu il martın 31-də nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfər edəcək. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, dövlət başçısı bu haqda Səudiyyə Ərəbistanına səfərdən qayıdanda məlumat verib.

Nüvə təhlükəsizliyi ilə bağlı dördüncü və sonuncu beynəlxalq sammit martın 31-dən aprelin 4-dək Vaşinqtonda keçiriləcək. İlk belə sammit 2010-cu ildə ABŞ paytaxtında, sonrakılar 2012-ci ildə Seulda və 2014-cü ildə Haaqada baş tutub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?