Hollandiyanın paytaxtı Amsterdamdakı hava limanında böyük panika yaşanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hava limanında 29 yaşlı bir kişi sərnişin üzərində bomba olduğunu və hava limanını partladacağını deyib. Qısa müddətdə hava limanında ajiotaj yaranıb. Sərnişinləri bomba ilə hədələyən ingilis vətəndaşı polislər tərəfindən tutulub. Lakin üzərində axtarış aparılsa da partlayıcı maddə tapılmayıb.
Qeyd edək ki, eyni hadisə demək olar ki, eyni vaxtda İsveçrənin Cenevrə şəhərindəki aeroportda da yaşanıb. Çamadanda gizli zənglə partlayıcı qurğu olduğu bildirilsə də axtarışlar nəticəsiz qalıb.Bunları Qərb üçün yüngül xəbərdarlıq siqnalı adlandıranlar da var.
Elmin NURİ