Modern.az

Beynəlxalq Valyuta Fondu Azərbaycanla bağlı PROQNOZ verdi

Beynəlxalq Valyuta Fondu Azərbaycanla bağlı PROQNOZ verdi

2 Yanvar 2016, 17:30

 

Beynəlxalq Valyuta Fondunun 2015-20016-cı illər üçün qlobal iqtisadiyyatın inkişaf göstəriciləri haqda hesabatı yayımlanıb.

Beynəlxalq Valyuta Fondu neftin sürətlə ucuzlaşmasının əksər ölkələrin inkişafına təsir edəcəyini bildirib. Həmçinin Avropada davam edən borc problemlərinə görə qlobal iqtisadi inkişafın zəiflədiyini, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə artım səviyyəsinin gözlənilən nəticələrdən daha aşağı olduğunu bildirib.

Modern.az xəbər verir ki, BVF-in iki il üçün hazırladığı hesabatda Azərbaycanın iqtisadi inkişaf tempi də göstərilib. Belə ki, hesabatda Azərbaycan iqtisadiyyatının inkişaf göstəricisinin 4,04 faizdən 2,53 faizə düşəcəyi bildirilib.

Elmin NURİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?