Türkiyənin Cizre, Sur və Silopi bölgələrində bu günədək 261 PKK terrorçusu öldürülüb. Apa-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Şırnakın Cizre rayonunda davam edən əməliyyat zamanı 3 silahlı zərərsizləşdirilib, 3 təşkilat mənsubu sağ ələ keçirilib. Sözügedən bölgədə öldürülən terrorçuların sayı 179-a çatıb. Silopidə aparılan əməliyyatda isə 5 terrorçu zərərsizləşdirilib. Silopidə məhv edilən terrorçuların ümumi sayı 27 olub.Diyarbəkir Sur rayonunda dünən keçirilən əməliyyatda bir terrorçu zərərsizləşdirilib, üç barrikada məhv edilib. Əməliyyatlarda 55 PKK silahlısı zərərsizləşdirilib.
Modern.az