Modern.az

Türkmənistanda tapılan neftçilərin nəşləri Vətənə gətirilib

 Türkmənistanda tapılan neftçilərin nəşləri Vətənə gətirilib

4 Yanvar 2016, 22:01

 

Türkmənistanda tapılan neftçilərin nəşləri Vətənə gətirilib. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, artıq neftçilərin nəşlərini gətirən təyyarə Bakıya çatıb.

Xəbər verildiyi kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Məlumat daxil olduqdan sonra cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən  FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış