Modern.az

Hadı Rəcəbli bayram günlərində seçiciləri ilə görüşüb - FOTO

Hadı Rəcəbli bayram günlərində seçiciləri ilə görüşüb - FOTO

5 Yanvar 2016, 09:20


Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli məzuniyyət günlərində seçicilərilə silsilə görüşlər keçirib.

Modern.az xəbər verir ki, “Qarabağ veteranları və əlilləri” cəmiyyətinin  üzvləri ilə deputatın qəbul mərkəzində baş tutan görüşdə, Lənkəran rayon İcra hakimiyyətinin “Ərazi idarəetmə orqanları ilə iş şöbəsi”nin müdiri Əlimərdan Əliyev də iştirak edib. 

Hadı Rəcəbli ilk növbədə görüş iştirakçılarını yeni il münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb, can sağlığı və səadət diləyib.

Səmimi keçən görüşdə H.Rəcəbli son zamanlar dünyada və ölkədə gedən proseslərdən, Qarabağ əlillərinə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının göstərdiyi mütəmadi qayğılardan, xüsusən maliyyə çətinliyi olan 2016-cı ildə onlar üçün mənzil tikintisinə 10 milyon manat pul ayrılmasından danışıb.

Səmimi söhbətlərdə Əbülfət Əliyev, İlham Qurbanov, Saleh Dostıyev, Əflatun İsmayılov və başqaları söz alaraq H.Rəcəblini hər dəfə Lənkərana gələndə vaxt azlıgına baxmayaraq onlarla görüşməyə imkan tapdığına və qaldırdıqları hər bir problemin icrasında yaxından köməyə görə ona öz təşəkkürlərini bildirib və fürsətdən istifadə edərək bəzi şəxsi problemlərini də ona çatdırıblar.

Seçiciləri dinləyən deputat qaldırılan məsələlərin bəzilərini yerindəcə həll etmiş, vaxt tələb edən  digər məsələlərin həlli ilə bağlı müvafiq orqanlara tapşırıqlar verib.

Digər görüş isə əmək veteranları-pensiyaçılarla olub. Hadı Rəcəbli burada da onları maraqlandıran suallara cavab vermiş, problemlərini dinləyib, prezidentin fərmanı ilə 2016-cı ildə pensiyaların sığorta hissəsinin indeksa olunacagından danışıb.

Veteranlar da öz növbəsində ölkə prezidenti cənab İlham Əliyevə onlara göstərdikləri qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda ünvanlı yardım alan ailələrin bir qrupu ilə aparılan görüş də maraqlı keçdi. Aztəminatlı ailələr bu qrup insanlara ünvanlı yardımdan əlavə hər ailəyə yeni ilin ilk günlərində 50 manat əlavə vəsait ayrılmasını xüsusilə qeyd etdilər.

Görüşdə çıxış edən Rəksanə Məmmədova və Natavan İbadova buna görə ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə razılıq və minnətdarliqlarını bildiriblər.

Bütün gorüşlərin sonunda iştirakçılar Hadı müəllimlə xatirə şəkli çəkdiriblər.



Modern.az  
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?