Modern.az

Kriminal xəbərlər nazirliyi media lideri edib...

Kriminal xəbərlər nazirliyi media lideri edib...

5 Yanvar 2016, 11:21


 

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Mərkəz nazirliklerlə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 84970 xəbər yerləşdirilib. Bunlardan 81920-i neytral, 614-ü mənfi, 2436-ı isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”:

Milli Təhlükəzsilik Nazirliyi (460 xəbər - nazirliyin ləğv edilməsi),

Maliyyə Nazirliyi (60 xəbər - manat çevrilişinin günahkarı kimi təqdim olunur),

Kənd Təsərrüfatı Nazirliyi (36 xəbər - Baytarlıq idarəsində rüşvət ittihamı).

Müsbət xəbərlər arasında liderlər:

Daxili İşlər Nazirliyi (1385 xəbər – nazirlik qanun pozuntuları aşkar edib),

Fövqəladə Hallar Nazirliyi (329 xəbər - FHN-in yubiley medalı və xidməti uğurla yerinə yetirməsi).

Xəbər sayına görə sıralama:  

    Daxili İşlər Nazirliyi

11669 xəbər

    Müdafiə  Nazirliyi

10967 xəbər

    Fövqəladə Hallar Nazirliyi

10106 xəbər

    Milli Təhlükəzizlik Nazirliyi

8204 xəbər

    Ekologiya Və Təbii Sərvətlər Nazirliyi

6836 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 6627 xəbər dərc edilib. Bu xəbərlərdən 6618  xəbər neytral, 20 xəbər mənfi, 89 isə müsbət xəbərdir. Qəzetlərdə bütün mənfi xəbərlər Azərbaycan Respublikası Milli Təhlükəzizlik Nazirliyinə məxsusdur. Müsbət xəbərlər arasında isə lider Daxili İşlər Nazirliyidir (72 xəbər - nazirlik qanun pozuntuları aşkar edib).

Xəbər sayına görə sıralama:

Daxili İşlər Nazirliyi

934 xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi

778 xəbər

Müdafiə  Nazirliyi

647 xəbər

Fövqəladə Hallar Nazirliyi

489 xəbər

Təhsil  Nazirliyi

460 xəbər

Dekabr ayında televiziya kanallarında nazirliklər haqqında 2199 xəbər göstərilib. Bu xəbərlərdən 2180 xəbər neytral, 13 xəbər müsbət, 6 xəbər isə mənfi xəbərdir.  

Fövqəladə Hallar Nazirliyi                                                                406 xəbər

Təhsil  Nazirliyi                                                                                 196   xəbər

Daxili İşlər Nazirliyi                                                                           189  xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi                                     188  xəbər

Milli Təhlükəzizlik Nazirliyi                                                                159 xəbər

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?