Modern.az

İŞİD-çi cəlladın bacısı: “Qardaşımı öldürəcəm”

İŞİD-çi cəlladın bacısı: “Qardaşımı öldürəcəm”

5 Yanvar 2016, 12:15


İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının cəlladı kimi bir çox videolarda yer alan Əbu Rüməyyanın bacısı Konika Dxar qardaşını öldürməyə hazır olduğunu deyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Londonun şimalında yaşayan Dxar sonuncu dəfə 5 “britaniyalı casus”u edam edən qardaşını səsindən tanıdığını deyib:

“Mən onunla  çoxdan danışmadığım üçün onun kimə çevrildiyini deyə bilmərəm. Əgər videodakı mənim qardaşımdırsa, onu öldürəcəm, evə qayıdan kimi öldürcəyəm”.

Sonucu dəfə Əbu Rüməyya 5 “britaniyalı casusu”n edamın zamanı görüntülənib. O, vidoekadrlarda  Britaniyanın baş naziri Devid Kemeronu “axmaq” və “Ağ Evin qulu” adlandırır və “casus”ları edam etməklə ona xəbərdalıq ünvanladığını deyir.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?