“Gürcüstanın İran qazını alması ilə bağlı məsələ həm rəsmi Tbilisi, həm də Tehran tərəfindən güclü üfürülən şara bənzəyən təbliğatdan başqa bir şey deyil”.
Modern.az saytının verdiyi xəbərə görə, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Ekspert qeyd edib ki, gürcülər qaz tranzit həcmlərinə görə əlavə qaz alacaqlar:
“Onu da deyim ki, “Şahdəniz” layihəsindən 2016-cı il üçün kommersiya qazının Gürcüstan bazarına satışı GİOG şirkəti ilə artıq dekabr ayında razılaşdırılıb. Gürcülər Rusiyadan müəyyən miqdarda qaz tranzit həcmlərinə görə əlavə qaz alacaqlar, çünki Ermənistana ötürülən qazın miqdarı bir qədər artacaq”.
Gülşən RAUFQIZI