2016-cı ilin ilk 4 günündə Azərbaycanın avtomobil yollarında baş verən qəzalara nəticəsində 12 nəfər həyatını itirib, 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, yanvarın 1-də baş verən 8 yol-nəqliyyat hadisəsi zamanı ölən olmasa da, 17 nəfər yaralanın.
Yanvarın 2-də avtomobil yollarında 3 hadisə baş verməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Ayın 3-də respublikanın avtomobil yollarında 3 hadisə qeydə alınıb, 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.Yanvarın 4-də qeydə alınan 6 yol-nəqliyyat hadisəsi zamanı isə 9 nəfər ölüb, 6 nəfər yaralanıb.
Modern.az