Modern.az

Kənan Hacı: “Yaşadığım evdə sağlam adam da xəstə olar”

Kənan Hacı: “Yaşadığım evdə sağlam adam da xəstə olar”

5 Yanvar 2016, 13:24

“Çox istəyirəm ki,  jurnalistlər üçün tikiləcək mənzillərdən biri də mənə verilsin. Çünki yaşadığım yer pis gündədir. Bu şəraitdə sağlam adam da xəstə olar.15 ildir evsiz-eşiksiz orada-burada qalıram. Xəstə yatanda  yanıma gələnlər çox oldu. Hamı deyirdi ki,  bu vəziyyətdə necə yaşayırsan? Havalar soyuyandan ayaqlarım tutulub. Rütubət, nəmişlik sağalmağıma imkan vermir”.

 Bunu Modern.az saytına açıqlamasında uzun müddətdir Hepatit C xəstəliyindən əziyyət çəkən yazıçı Kənan Hacı bildirib. Onun sözlərinə görə, indiki hava şəraiti səbəbindən səhhəti yenidən ağırlaşmaq üzrədir. Yaşadığı birotaqlı evdəki rütubət isə ağrılarını daha da artırıb.

Kənan Hacı Almaniyaya göndərilən analizlərinin cavablarının gecikdiyini, buna görə çox narahat olduğunu bildirib: “Cavablar gəlməyib. Yubandığına görə narahatam. Türkiyədəki klinika ilə əlaqə saxladım. Dedilər ki, Almaniyadakı həkim istirahətdə olduğu üçün sizin cavablar gecikir”.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?