Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı universitet tarixində ilkə imza atıb. Modern.az universitetin mətbuat xidmətinə istinadən xəbər verir ki, rektorun göstərişi ilə imtahan verən tələbələrin valideynləri də gedişatı izləmək üçün imtahan zalında olacaqlar. Bu barədə artıq universitet daxilində xüsusi elanlar da yazılıb. Hər bir tələbənin valideyni yalnız şəxsiyyət vəsiqəsindən istifadə etməklə imtahana zalına daxil ola bilərlər.
Elmin NURİ