Modern.az

Bakıda müğənnilərə qızıl satan iş adamının başını kəsdilər

Bakıda müğənnilərə qızıl satan iş adamının başını kəsdilər

Təhsil

5 Yanvar 2016, 13:50

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib. “Qafqazinfo”ya daxil olan məlumata görə, “Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın “Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib.

Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb.   

Nəsimi rayon Prokurorluğundan bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.    

Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?