Bu gün dəm qazından boğularaq faciəli şəkildə vəfat edən akademik Tofiq Hacıyevin qırx mərasimidir. Noyabrın 27-dı yaşadığı evdə dəm qazından boğulan 79 yaşlı akademik ölümü ilə bütün elmi cameəni heyrətləndirmişdi.
Modern.az xəbər verir ki, akademiklə eyni vaxtda həyat yoldaşı Tamara Hacıyeva da dəm qazından zəhərlənmiş, amma onu n həyata qaytarmaq mümkün olmuşdu. T. Hacıyeva bir neçə gün xəstəxanada qaldı. Daha sonra evə buraxıldı.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları bu gün Tofiq Hacıyevi ölümünün qırxıncı günü münasibətilə yad ediblər. Həmçinin BDU-nun filologiya fakültəsi, başqa ziyalılar da alimin xatirəsini anıblar.
Elmin NURİ