Modern.az

Bu ölkədə son 10 ildə 100 mer öldürülüb

Bu ölkədə son 10 ildə 100 mer öldürülüb

5 Yanvar 2016, 14:28


Meksikada hakimiyyət nümayəndlərinə o cümlədən merlərə qarşı təşkil edilən sui-qəsdlər ölkə ictimaiyyətinin həyəcan təbili çalmağa vadar edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2005-ci ildən ölkədə təşkil olunan hücumlar zamanı 100-dən artıq mer və 1000-dən artıq bələdiyyə üzvü öldürülüb.

Yerli hüquq müdafiəçiləri bu hücumların narkotik ticarəti ilə məşğul olan ayrı-ayrı mütəşəkkil cinayətkar dəstələr tərədfindən törədildiyini bildirir.

Meksikada 2006-cı ildə narkokaterllərə qarşı başlanılan müharibə azı 80 min insanın həyatına son qoyub.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?