Modern.az

Bakıda beşmərtəbəli bina yandı - 20 nəfər təxliyyə olundu

Bakıda beşmərtəbəli bina yandı - 20 nəfər təxliyyə olundu

5 Yanvar 2016, 16:37


Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzildən 1 ədəd 5, 1 ədəd 40 litirlik maye qaz balonları və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış