Modern.az

İran Səfirliyi Əhli-sünnə alimlərinin edamı barədə xəbəri təkzib etdi

İran Səfirliyi Əhli-sünnə alimlərinin edamı barədə xəbəri təkzib etdi

5 Yanvar 2016, 17:09

 İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələrində İranda bir sıra Əhli-sünnə alimlərinin edam edilməsi ilə bağlı yayılmış əsassız xəbərləri qətiyyətlə təkzib edib.

“Çox təəssüflər olsun ki, bəziləri bu kimi yalan xəbərləri yaymaqla Səudiyyə Ərəbistanının hakimləri tərəfindən Ərəbistan şiələrinin rəhbəri Şeyx Baqir ən-Nimrin məzlumcasına şəhid edilməsi hadisəsini kölgədə saxlamaq və beləliklə də şiə və Əhli-sünnə məzhəbləri arasında müharibəyə şərait yaratmağa çalışırlar”,-deyə səfriliyin mətbuat xidmətindən Modern.az-a verilən açıqlama bildirilib.

“İran İslam Respublikasının Səfirliyi İslam dünyasında hər növ təfriqə və ixtilaf yarada biləcək əməlləri qınayır və bu kimi əsassız və yalan xəbərlərin yayılmasını İslam düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirir. Eyni halda kütləvi informasiya vasitələrinə belə bir həssas dönəmdə yalnız doğru xəbərləri yaymaqla öz insansevər vəzifələrinə əməl etməyi tövsiyə edir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış