Modern.az

Tərcümə Mərkəzinin müsabiqəsi ləğv edildi

Tərcümə Mərkəzinin müsabiqəsi ləğv edildi

5 Yanvar 2016, 17:16

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təsis etdiyi “Yeni söz” müsabiqəsini ləğv edib. Modern.az xəbər verir ki,  gənc yazarlara diqqət və qayğının artırılması, Azərbaycan dilində yazılan ən yaxşı bədii nümunələrin dünya oxucusuna çatdırılması məqsədi ilə təsis edilən “Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi təqdim olunan əsər sayının azlığı, nümunələrin müvafiq tələblərə cavab verməməsi səbəbindən bu il baş tutmayacaq.
Tərcümə Mərkəzi müsabiqənin ləğvi barədə elan da verib.

Tərcümə Mərkəzinin daha bir mükafatı tərcümə nominasiyasında həyata keçirdiyi “Dəfnə yarpağı” müsabiqəsidir.

Elmin NURİ 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış