Modern.az

Qaradağdakı daş karxanasında baş vermiş ölüm araşdırılır

Qaradağdakı daş karxanasında baş vermiş ölüm araşdırılır

5 Yanvar 2016, 17:58

Yanvarın 1-də saat 01 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” daş karxanası kompleksində fəaliyyət göstərən “Kristal” MMC-yə məxsus konteyner tipli istirahət otağında yanğın baş vermiş və həmin otaqda 1968-ci il təvəllüdlü, Ağcabədi rayon sakini, “Kristal” MMC-də usta işləmiş Abbas Aslanovun yanmış meyiti aşkar edilmişdi.

Bakı şəhər prokurorluğu hadisə ilə bağlı bu gün məlumat yayıb.

Modern.az rəsmi məlumata istinadən xəbər verir ki, Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə  cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış