Modern.az

Notarius olmaq istəyən 48 nəfərdən 6 nəfər seçilib

  Notarius olmaq istəyən 48 nəfərdən 6 nəfər seçilib

5 Yanvar 2016, 20:37

 

Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə cari ilin noyabr ayında keçirilmiş test imtahanında uğur qazanmış 48 namizədlə aşkarlıq şəraitində müsahibə aparılıb. Modern.az saytı xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qeyri-hökumət təşkilatları nümayəndələrinin də bilavasitə iştirak etdiyi bu mərhələdə 6 nəfər müvəffəqiyyət qazanıb.

İxtisas Komissiyası tərəfindən müsahibənin nəticələrinə əsasən elan olunmuş notarius vakansiyaları üzrə ən yüksək bal toplamış namizədlərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları, o cümlədən notariat fəaliyyəti üzrə təcrübə keçmələri barədə qərar qəbul edilib.

Müsahibənin nəticələrinə görə uğur qazanmış namizədlərin siyahısı:

Acalov Emil İsmixan oğlu

Əhmədov Mübariz Tahir oğlu

Məmmədov Zaur Əliş oğlu

Mirzəzadə İslam Natiq oğlu

Qurban Tamerlan Abdulqafur oğlu

Şirvanov Əlixan Fətulla oğlu

Siyahıda adları göstərilən namizədlər yanvarın 11-də saat 09:00-da Ədliyyə Akademiyasında olmalıdırlar. "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın tələblərinə uyğun olaraq icbari təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış