Modern.az

Ər soyuqdan şikayətlənən həyat yoldaşının başını kəsib

 Ər soyuqdan şikayətlənən həyat yoldaşının başını kəsib

Təhsil

6 Yanvar 2016, 00:46


Füzulidə qətl hadisəsi törədilib. Modern.az saytı Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Balabəhmənli kənd sakini 1978-ci il təvəllüdlü Sadıqov Gəncəvi Zöhrab oğlu həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əsədova Vüsalə Hidayət qızının boğazını bıçaqla kəsib.  

32 yaşlı Vüsalə Əsədovanın həyatını xilas etmək mümkün olmayıb.   İlkin ehtimala görə, hadisəyə səbəb ailə-məişət mübahisəsi olub. Belə ki, Vüsalə Əsədova evin istilik sistemindən şikayətlənərək, ona soyuq olduğunu bildirib. Bu şikayət isə Gəncəvi Sadıqovun xoşuna gəlməyib və birincinin ölümü ilə nəticələnib.  

Qeyd edək ki, ailənin 6-cı sinifdə təhsil alan oğlu var. O, baş verən qətldən ciddi psixoloji sarsıntı keçirib. Belə ki, uşaq ətrafdakı insanlarla söhbətində "anamın qanını atamda qoymayacağam", -deyib.  

Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış