Şimali Koreya hidrogen bombasını sınaqdan keçirdyini rəsmən təsdiqləyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sosialist respublikasının rəsmi dovlət agentliyi “Rönhap” məlumat yayıb. Agentlik sınaqların uğurla başa çatdığını da bildirib.
Bundan öncə Cənubi Koreya və ABŞ Şimali Koreyada seysmik aktivlik müşahidə etmişdi. ABŞ-ın məlumatına görə, aktivlik Koreyanın Kilçu şəhərinin 49 kilometrliyində aşkar edilmişdi.
Şimali Korerya hidrogen bombasından əvvəl atom bombasını sınaqdan keçirmişdi.
Vüqar İsmayılov