Modern.az

“AzerRos”un prezidenti: “Söyün Sadıqov “erməni soyqırımı”nı dəstəkləyənlər arasında ola bilər”

“AzerRos”un prezidenti: “Söyün Sadıqov “erməni soyqırımı”nı dəstəkləyənlər arasında ola bilər”

Təhsil

6 Yanvar 2016, 11:51

“Söyün Sadıqovun “erməni soyqırımı” adlı  sənədi dəstəklədiyini dəqiq deyə bilmərəm. Amma, belə bir hal ola da bilər”. Bunu Modern.az saytına açıqlamasında “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıxova deyib.

Mehriban Sadıxovanın sözlərinə görə, Söyün Sadıqov çoxdandır ki “AzerRos”a gəlmir.

“Söyün Sadıqovu bir ildən artıqdır ki, görmürəm. O, “AzerRos”a gəlib-getmir. Düzü, “erməni soyqrımı” məsələsi ilə bağlı onun adının həmin sənədi dəstəkləyənlər arasında olduğunu oxuyanda təəccübləndim. Eyni zamanda, Söyün Sadıqov fiziki şəxsdir. Bir çox tədbirlərdə, məclislərdə iştirak edir. Yenə deyirəm, Söyün Sadıqovun “AzerRos”la əlaqəsi yoxdur. “AzerRos”un heç bir tədbirində iştirak etmir”.

Qeyd edək ki,  “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçilərindən olan Söyün Sadıqovun adı “erməni soyqırımı” adlı sənədin inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin dəstəklənməsində çəkilir. Moskvada fəaliyyət göstərən Azərbaycan diasporunun bəzi rəhbəriləri də Rusiya Dövlət Dumasına çıxarılmış həmin sənədi dəstəkləyib.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış