Modern.az

Nemtsovun qatillərindən etiraf: “Onu 3 dəfə öldürmək istəmişik”

Nemtsovun qatillərindən etiraf: “Onu 3 dəfə öldürmək istəmişik”

Təhsil

6 Yanvar 2016, 12:22


Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən Anzor Qubaşev və Zaur Dadayev siyasətçini 3 dəfə öldürməyə cəhd göstərdiklərini etiraf edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onlar ifadələrində bir neçə dəfə Nemtsova yaxınlaşaraq atəş açmaq istədiklərini, lakin hər dəfə ətrafda çoxlu insanların olduğu üçün fikirlərindən daşındıqlarını deyiblər.

Zaur Dadayev 2015-ci il fevralın 27-də Nemtsovu qətlə yetirdiyi gün də sui-qəsd planının baş tutmamaq ehtimalının yüksək olduğunu deyib: “Zaur Dadayev Moskrovetsk körpüsündə Boris Nemtsov və Anna Duritskayanın arxasınca gedəndə Kremlin yaxınlığında atəş açıb-açmamağı götür-qoy edirdi. Amma bu zaman atəş səslərinin effektini azalda biləcək qar maşını körpünün yanında durur. Dadayev siyasətçini qətlə yetirməyə qərar verir”.

Günahları sübuta yetirilərsə Zaur Dadayev və Anzor Qubaşevi ömürlük həbs cəzası gözləyir. Ehtimal olunur ki, cinayətin sifarişini hazırda Birləşmiş Ərəb Əmirliklərində gizlənən Ruslan Muxidiniov verib.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış