Dünya bazarlarında Brent və WTI markalı neftin qiyməti 2004-cü ilin iyulundan bəri ilk dəfə 35 dollardan aşağı düşüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ucuzlaşma Çin iqtisadiyyatının zəifləməsi siqnalları və Amerikada enerji ehtiyatlarının miqdarının açıqlanması fonunda baş verib.
Həm London, həm də Nyu-York birjalarında qara qızılın 1 bareli 34,91 dollara düşüb.Neftin kəskin ucuzlaşması fonunda neft ixracatından asılı olan ölkələr 2016-cı ildə dövlət büdcələrində “qara qızıl”ın dəyərini xeyli azaldıblar.
Vüqar İsmayılov