Dağlıq rayonlara yağan qar “Azəryolservis” ASC-nin də işini dondurub. Bunu görmək üçün çox da uzağa getmək lazım deyil. Elə ucqar rayonlardakı vəziyyətə ötəri diqqət yetirmək kifayətdir. Modern.az saytına bununla bağlı xeyli sayda şikayət məktubları daxil olub. Həmin məkrublardan birini təqdim edirik.
Məktubda bildirilir ki, Goranboy rayonunun dağ kəndlərinə, xüsusilə Ballı Qaya kəndinə çoxlu qar yağması səbəbindən yollar buz bağlayıb. Ona görə də bir həftədir kənd sakinlərinin ərtaf aləmlə əlaqəsi kəsilib.
Məktubda daha sonra deyilir ki, bundan sonra bir daha qar yağsa, daha 3 həftə yollar belə buzlu qalacaq. Bununla bağlı kənd sakinləri əlaqədar təşkilatlardan imdad diləyir.
Qeyd edək ki, ötən illərdən fərqli olaraq bu il “Azəryolservis” qarın qarşısında çox aciz görünür. Əks halda bu dövlət qurumu insanları Allahın ümidinə buraxmazdı.
Rayon rəhbərliyinin də məsələyə reksiya verməməsi, sakinləri qışla baş-başa buraxması heç cür başa düşülən deyil.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Modern.az