12 yaşlı Ayxan Sultanzadə metal əşyaları özünə çəkmək qabiliyyətinə malikdir. Modern.az saytı xəbər verir ki, açarlar, qayçılar və hətta ütü onun əl və ayaqlarına yapışır.
A.Sultanzadə Bakının Qaradağ rayonunun 274 saylı məktəbinin 6-cı sinif şagirdidir. Onun bu istedadı hələ erkən yaşlarında üzə çıxıb.
A.Sultanzadənin atası, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu Trend-ə bildirib ki, o, qabiliyyətini ilk dəfə nümayiş etdirəndə evdəkilər inanmayıb: “Ütünü bədənində necə saxladığını görəndə isə başa düşdük ki, onun qeyri-adi istedadı var”.
Modern.az