“Siyasi Məhbuslarsız Azərbaycan” qeyri-hökumət təşkilatının koordinatoru və Milli Şuranın üzvü Oqtay Gülalıyev yanvarın 6-da axşam Baş Prokurorluğa çağırılıb. Modern.az xəbər verir ki, bu barədə "Turan" İnformasiya Agentliyi məlumat yayıb. Məlumata görə, çağırışın səbəbləri açıqlanmayıb.
Yalnız o məlumdur ki, bundan öncə O.Gülalıyev cəzaçəkmə yerlərində siyasi məhbusların vəziyyətinə dair hesabat hazırlayaraq dərc etdirib.Modern.az