Modern.az

Nardaran ağsaqqallı həbs edildi - YENİLƏNİB

Nardaran ağsaqqallı həbs edildi - YENİLƏNİB

7 Yanvar 2016, 18:40


Azərbaycanın hüquq-mühafizə orqanları Nardaran Ağsaqqalar Şurasının sədri Natiq Kərimovu saxlayıblar. 

"Report"un əldə etdiyi məlumata görə, onun barəsində cinayət işi açılıb. 

N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.  

Hazırda N.Kərimovu Səbail Rayon Məhkəməsinə aparırlar. O, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilən təqdimata baxılacaq. 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə günahlandırılan şəxsləri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
***
Səbail Rayon Məhkəməsi barəsində cinayət işi açılmış N.Kərimovla bağlı qərarı çıxarıb.
Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək