Modern.az

Qızı tərəfindən öldürülən qızıl alverçisinin əri Qarabağ qazisi imiş - VİDEO

Qızı tərəfindən öldürülən qızıl alverçisinin əri Qarabağ qazisi imiş - VİDEO

7 Yanvar 2016, 15:48

Yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında amansızlıqla öldürülən Nametzadə Məryam Tofiq qızının həyat yoldaşının kimliyi məlum olub.

Modern.az saytı xəbər verir ki, onun həyat yoldaşı Qarabağ qazisi Mehman Hüseynov olub. M.Hüseynov “Qızıl Məryəm”dən ayrıldıqdan sonra Bakıxanov qəsəbəsində tənha yaşayıb.

O, Azərbaycanın Qarabağ müharibəsindən bəhs edən məşhur "Fəryad" filmindəki baş qəhrəmanın prototipi olub.

Keçmiş döyüşçü Mehman Hüseynov 2015-ci ilin mayında öz evində ürək çatışmazlığından dünyasını dəyişib.

Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov Milli Ordumuzun ilk hərbi hissələrindən birində - Şıx batalyonda döyüşə yollanan birinci könüllülərdən olub. O, adı çəkilən batalyonda tağım komandiri olub.

1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, o zaman hərbçilərimizin silah-sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü isə yaralı vəziyətdə düşmənə əsir düşüb.

Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar istedadlı rejissor Ceyhum Mirzəyevin ekranlaşdırdığı "Fəryad" filminə salınıb, o, bu ekran əsərinin baş qəhrəmanının prototipi olub.

Mehman Hüseynov Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tənha həyat sürürdü. Ötən ilin mayında tənha yaşadığı mənzilində də vəfat edib. Onun meyitini dostları aşkar etmişdilər. Belə ki, Qarabağ qazisinin telefon zənglərinə cavab vermədiyini görən dostları  polislə onun evinə gəliblər, qapını sındırıb, mənzilə daxil olublar. Məlum olub ki, müharibənin od-alovundan keçmiş qazi Mehman Hüseynov tənha yaşadığı mənzilində keçinib...

Qeyd edək ki, M.Hüseynov xeyli müddət məmur özbaşınalığından əziyyət çəkib. Səhhəti ilə əlaqədar bir müddət Azərbaycanda olmayan Qarabağ qazisinin mənzili başqaları tərəfindən mənimsənilmişdi. Buna etiraz əlaməti olaraq o, 2006-cı ildə Bakıdakı Şəhidlər Xiyabanında uzun müddət aclıq aksiyası keçirib. Yalnız ondan sonra pozulmuş hüquqları qismən bərpa olunmuşdu.

 

 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək