Modern.az

Parisdə terror törətmək istəyən şəxs öldürülüb

Parisdə terror törətmək istəyən şəxs öldürülüb

7 Yanvar 2016, 16:04


“Charlie Hebdo” jurnalının redaksiyasına edilən silahlı hücumun ildönümündə Parisdə növbəti silahlı insdident yaşanıb.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs polis komissarlığına daxil olmağa cəhd göstrən zaman öldürülüb.  

Onun kamikadze olması ehtimalı var. Yerli mətbuat onun polis məntəqəsinə daxil olan zaman “Allahu Əkbər” deyə çığırdığını xəbər verir.  

2015-ci il yanvarın 7-də “Charlie Hebdo” jurnalının Parisdəki ofisinə hücum zamanı 12 nəfər öldürülmüşdü.

   

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək