Modern.az

Bu ölkə müsəlman miqrantları qəbul etməyəcək

Bu ölkə müsəlman miqrantları qəbul etməyəcək

8 Yanvar 2016, 10:30


Kölndə Yeni İl gecəsində baş verən təcavüz qalmaqalını əsas göstərən Slovakiya müsəlman miqrant və qaçqınların ölkəyə girişinə icazə verməyəcək.

Modern.az   xarici mediaya istinadən xəbər verir ki, paytaxt  Bratislavada açıqlama verən Slovakiyanın baş naziri Robert Fiko "Almaniyada baş verənlərin Slovakiyada baş verməsini istəmirik" deyərək müsəlman miqrant qaçqınlara qapılarını bağladıqlarını bəyan edib.

Həmçinin miqrantlarla harmoniyanın qeyri-mümkün olduğunu qeyd edən Slovakiya Baş Naziri Robert Fiko "Multikultural Avropa idealı başa çatıb" ifadələrini söyləyib.

Robert Fiko həmçinin "Maliyyə yardımlarımızı Şengen sərhədlərinin qorunmasına sərf edəcəyik. Sadəcə, sərhəd təhlükəsizliyinə dəstək verəcəyik. 

Edəcəyimiz yardımların ərzaq fondlarına deyil, sərhəd təhlükəsizliyinə getməsini istəyirik ki," deyə bidirib. 2015-ci ildə Slovakiyada  169 nəfərin sığınacaq almaq üçün ərizə ilə müraciət edib. Onlardan yalnız 8 nəfər qəbul edilib.

Ağa  Akifoğlu

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək