Qonşusu Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsindən sonra Cənubi Koreya hərbi potensialını sürətlə artırmağa başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cənublular iki ölkə sərhədində tank əleyhinə raketlər və “K-9” özüyeriyən qaubitsa topları yerləşdirib.Bundan başqa, rəsmi Seul yenidən qoşunların demilitarizasiya zonasında səsgücləndiricilər vasitəsilə Şimali Koreya rəhbərliyini tənqid edən təbliğat radiosunun fəlaiyyətini bərpa edib. Bu Şimali Koreya lideri Kim Çen Inın doğum gününə təsadüf edib.
Yanvarın 6-da Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsini elan etməsindən sonra regionda gərginlik yaranıb.
Vüqar İsmayılov