Modern.az

Amerikada 2016-cı ilin ilk edamı gerçəkləşdi

Amerikada 2016-cı ilin ilk edamı gerçəkləşdi

8 Yanvar 2016, 10:54


Amerikada 2016-cı ildə ölüm hökmünə məhkum edilmiş ilk məhbus edam edilib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, edam olunan 53 yaşlı Oskar Rey Bolin 3 qadını qətlə yetirməkdə ittiham olunurdu. Onu ölümcül inyeksiya ilə edam ediblər.

Məlumata görə Oskar Bolin ilk qətli 1986-cı ildə 26 yaşlı Terri Metyusu öldürməklə gerçəkləşdirmişdi.   Bundan başqa, o müxtəlif vaxtlarda 17 yaşlı Stefeni Kollins və 25 yaşlı Natali Holini öldürüb.    

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?