Modern.az

Ötən il 101 uşaq evdə doğulub - Bakıda

Ötən il 101 uşaq evdə doğulub - Bakıda

8 Yanvar 2016, 11:29


“2015-ci ildə il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 634 303 müraciət daxil olub. Ötən il bu rəqəm 629 min olub. Təcili yardıma aid olmayan çağırışların sayı 258-300-dür, yəni çağırışların 60 faizi bizə aid olub. Gün ərzində 1600-1800 müraciət daxil olur”.

  Modern.az xəbər verir ki, bu sözləri “Tibb” qəzetinə müsahibəsində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.  

O qeyd edib ki, 2014-cü ildə tibb müəssisəsindən kənar 106 (2,9 faiz), 2015-ci ildə isə 101 (2,8 faiz) doğuş hadisəsi olub. Evdə doğuşların hospitalizasiya göstəricisi isə ötən illə müqayisədə 94,3 faizdən 99 faizə yüksəlib.  

“Evdə doğuşların olmasının səbəbi bəzi insanların dünyagörüşlərinə görə XIX əsrdə qalmalarıdır. Əhalinin maarifləndirmə səviyyəsi aşağıdır. Dərk etmirlər ki, onları doğuş prosesində və sonra nələr gözləyə bilər.

Əksər hallarda doğuş bitdikdən sonra təcili yardım çağırırlar. Briqada gəlib görür ki, uşaq doğulub, göbəyi də kəsilib. Ancaq zahılar uşağı kimin tutması ilə bağlı düzgün informasiya vermirlər.

Ya analarının, ya da qaynanalarının bunu etdiklərini deyirlər.   Nadir hallarda bizim briqada çağırış gələn ünvana çatdıqda doğuş prosesi başlamış olur. Bir-iki halda həkimlərimiz məcbur olduqları üçün doğuşu qəbul ediblər və sonra ana və körpə hospitalizasiya olunub”.  

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək