Modern.az

Avropa Birliyi Türkiyədən narazıdır

Avropa Birliyi Türkiyədən narazıdır

8 Yanvar 2016, 11:38


Avropa Birliyi mühacir axının qarşısını almağa ciddi səy göstərməyən Türkiyədən narazıdır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədr müavini Frans Timmermans bəyan edib.   Avropalı məmurun fikrincə, Aİ Türkiyəyə miqrant axının qarşısını almaq üçün 3 milyard avro yardım ayırsa da bunun müsbət nəticəsini görmür.  

O, son vaxtlar Birliyə axın edən miqrantların sayının azalmasını rəsmi Ankarının nəzarəti gücləndirməsi ilə deyil, hava şəraitinin pisləşməsi ilə əlaqələndirib.  

“Biz heç də məmnun qalmamışıq və Türkiyə ilə əldə etdiyimiz razılıqlara əməl olunması üçün səyləri davam etdirəcəyik”.  

Türkiyə baş naziri Əhməd Davudoğlu isə ölkəsindən Avropaya axın edən miqrantların sayının azalacağı ilə bağlı təminat vermədiyini və hər şeyin Suriyadakı münaqişənini həllindən asılı olacağını demişdi.    

Vüqar İsmayılov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək