Modern.az

Türkiyə səfirliyindən viza ilə bağlı AÇIQLAMA

Türkiyə səfirliyindən viza ilə bağlı AÇIQLAMA

8 Yanvar 2016, 11:45

Türkiyənin Azərbaycandakı səfirliyi viza məsələnə aydınlıq gətirib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşları 30 gün müddətində vizasız Türkiyəyə gedib gələ biləcəklər.  

“Mətbuatda çıxan, Türkiyənin Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi ilə bağlı xəbərlər yer alır. Ölkəmiz ilə Azərbaycan arasında hal-hazırda tətbiq edilən viza rejimində hər hansı dəyişiklik olmayıb.

2007-ci ildən bəri olduğu kimi, Azərbaycan vətəndaşları ölkəmizə 30 günlük turistlik səfərlər üçün vizadan azad olunmağa davam edəcək”.  

Aytən ZƏHRA    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək