Şimali və Cənubi Koreya arasında gərginlik davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər bir-birinin sərhədində səsgücləndiricilərdən istifadə etməklə təbliğat yayımına başlayıblar.İlk olaraq səsgücləndirici ilə yayıma Cənubi Koreya başlayıb.
Şimali Koreya rəhbərliyini tənqid edən yayım gündüz 10 kilometr, gecələr isə 24 kilometr dərinliyə qədər ərazidə eşidilə bilir. Buna cavab olaraq, Şimali Koreya da səsgücləndirici ilə qonşu ölkənin ərazisinə yayıma başlayıb.
Vüqar İsmayılov