Modern.az

Şamaxıda xüsusi əməliyyat zamanı silahlı şəxs yaxalanıb

Şamaxıda xüsusi əməliyyat zamanı silahlı şəxs yaxalanıb

8 Yanvar 2016, 13:31


Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Şamaxı şəhərində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əməliyyat yanvarın 7-də keçirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Naseh Seyidovdan “Brauninq 1900” markalı tapança götürülüb.

Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq “TOZ-1” markalı ov tüfəngi və 17 ədəd patron aşkar edilərək götürülüb.

Modern.az  
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək