Modern.az

“Sınıq Körpü”də gömrükçülərlə sürücülər arasında insident olub – RƏSMİ

“Sınıq Körpü”də gömrükçülərlə sürücülər arasında insident olub – RƏSMİ

8 Yanvar 2016, 18:38


Yanvarın  7-də  saat 14 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü”  gömrük postunun İdxal gömrük nəzarəti xətti ilə  Gürcüstan Respublikasından  gələn 35 BG 315,  35 BF 254,  05 BG 455, 35 BX 020,  35 BH 350,  və 35 BD 666  dövlət nömrə nişanlı minik nəqliyyat vasitələrinin sürücüləri  gömrükçülərin  avtomobillərə  gömrük baxışı keçirilməsinə mane olub.

Bu barədə Dövlət Gömrük Komitəsindən Modern.az-a məlumat verilib. İlkin baxış zamanı isə  gömrükçülər minik  nəqliyyat vasitələrinin hər birinin yük yeri və salonunda  qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq, kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar – 200 kiloqrama qədər meyvə olduğunu müəyyən edib. 

İstehlak miqdarından artıq olan  mallara görə sənədlər və  gömrük  rüsumu ödənilməsi  tələb olunduqda isə nəqliyyat vasitələrinin sürücüləri buna etiraz edərək yükə aid sənədləri təqdim etməkdən və rüsumu ödəməktən imtina ediblər. 

Gömrükçülərin qanuni tələblərinə məhəl qoymayan həmin nəqliyyat vasitələrinin sürücüləri  daha sonra gömrük əməkdaşlarını  idxal  gömrük nəzarəti xəttini bağlamaqla hədələyiblər.  

Dəfələrlə tələb edilməsinə baxmayaraq avtomobilləri idxal gömrük nəzarətixəttindən götürməyən sürücülər  gömrük əməkdaşlarına qarşı fiziki təzyiq göstərərək nalayiq ifadələr işlədiblər.

Vəziyyəti nəzərə alan Tovuz Gömrük İdarəsinin rəhbərliyi hüquq mühafizə orqanlarına müraciət edib və əraziyə gələn polis əməkdaşları müvafiq tədbirlər həyata keçirdikdən sonra  gömrük postunun fəaliyyəti 1 saatlıq fasilədən sonra bərpa olunub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək